Logo

“Nizami və Şərq renessansı” mövzusunda ustad dərsi keçirilib

03.12.2021 16:18 100 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində BDU Beynəlxalq əlaqələr şöbəsi, Konfutsi İnstitutu, Çinin Anhui Universitetinin nəzdində fəaliyyət göstərən “Azərbaycan Mərkəzi”nin birgə təşkilatçılığı ilə “Nizami və Şərq renessansı”     mövzusunda ustad dərsi keçirilib.

Beynəlxalq əlaqələr şöbəsinin böyük mütəxəssisi Şəms Bağırovanın moderatorluğu ilə keçirilən tədbirdə Anhui Universitetinin və BDU-nun Şərqşünaslıq fakültəsinin tələbə və müəllim heyəti iştirak edib. Ş.Bağırova 2021-ci ilin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880-ci ildönümü münasibətilə “Nizami ili” elan olunmasının əhəmiyyətindən, habelə Nizami yaradıcılığından söz açıb.

Məruzəçi, Filolofiya fakültəsinin Dünya ədəbiyyatı kafedrasının müəllimi İlqar Hüseynov dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Nizaminin dünya miqyaslı şair olduğundan, Şərq poeziyasının inkişafında şairin xidmətlərindən bəhs edib. Məruzəçi şairin əsərlərini  təhlil edərək Nizaminin fəlsəfə düşüncələrindən danışıb.

Tədbirin sonunda Üzeyir Hacıbəyovun Nizaminin sözlərinə bəstələdiyi “Sənsiz” qəzəli səsləndirilib. Sonda İ.Hüseynov “Nizami və Şərq renessansı” mövzusu ilə bağlı Anhui Universitetinin tələbələrinin suallarını cavablandırıb.

Xəbər lenti