Logo

Nazir: “Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması işlərinə başlamışıq"

03.12.2021 16:09 350 baxış
IMG

Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması istiqamətində işlərə başlamışıq.

Tehsil.biz-in xəbərinə görə, bu barədə Azərbaycanın təhsil naziri Emin Əmrullayev Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvarla birgə keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, bu layihənin yaxın zamanlarda həyata keçirilməsi təmin ediləcək.

“Hər iki ölkənin dövlət başçılarının siyasi iradəsi sayəsində Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyacaq.

“İnanırıq ki, bu, 3-5 illik bir layihə deyil, daha uzunmüddətli, dayanıqlı bir layihə olacaq və iki qardaş ölkənin daha da yaxınlaşması məqsədini daşıyır. Universitet qurulması mürəkkəb işdir. Hələ ki, detallarla bağlı nəsə demək tezdir. İlkin mərhələdəyik. Əsaslı şəkildə bir məsafə qət edə bilmişik. Yaxın zamanda bu universitetlə bağlı daha çox məlumatı ictimaiyyətlə paylaşa biləcəyik. Bu universitet Azərbaycan ali təhsili, elmi, gəncləri, insan kapitalının inkişafı üçün ciddi addım olacaq. Bu, yalnız təhsil və tədris deyil, elm, tədqiqat sahəsindəki inkişaf üçün də vacib addımdır”, - nazir vurğulayıb.

Xəbər lenti