Logo

Şəmkirdə məktəbdə yanğın olub, şagirdlər təxliyə edilib

03.12.2021 11:42 62 baxış
IMG

Şəmkirdə məktəbdə yanğın olub.

Tehsil.biz xəbər verir ki, hadisə rayondakı Cahangir Rüstəmov adına tam orta məktəbdə qeydə alınıb. Orta məktəbdə elektrik naqillərində baş verən qısaqapanmadan yanğın hadisəsi baş verib.

Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən briqadası və canlı qüvvəsi cəlb olunub. Alovun qarşısı tez bir zamanda alınıb. Şagirdlər təxliyə edilib.

Məlumata görə, yanğın sinif otağındakı elektrik qızdırıcısından qaynaqlanıb.

Apa

Xəbər lenti