Logo

Azərbaycanda dərs vaxtı şagirdlər bir-birini bıçaqladı

03.12.2021 10:54 115 baxış
IMG

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

Tehsil.biz xəbər verir ki, hadisə Ağstafa şəhər 2 nömrəli tam orta məktəbdə qeydə alınıb.

2010-cu il təvəllüdlü Bayramov Orxan Habil oğlu döş qəfəsinin bıçaqlanması xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məktəbli dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

O, məktəbdə 5-ci sinif şagirdi olan Əli adlı şəxs tərəfindən bıçaqlandığını deyib. Məlumata görə, hadisə dərs vaxtı olub.

Faktla bağlı araşdırmalara başlanıb.

Apa

Xəbər lenti