Logo

Diplomatik xidmətə qəbul olmaq istəyənlər üçün test imtahanı keçiriləcək

03.12.2021 09:30 119 baxış
IMG

Dövlət İmtahan Mərkəzi Xarici İşlər Nazirliyi ilə birgə diplomatik xidmətə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

DİM-dən verilən xəbərə görə, Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə test imtahanı gələn il yanvarın 23-də keçiriləcək.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet portalında 23 dekabr 2021-ci il saat 10:00-dan 12 yanvar 2022-ci il saat 18:00-dək həyata keçiriləcək. Qeydiyyat xidməti göstərilən tarixlərdə aktiv olacaq.

Qeyd edək ki, DİM tərəfindən dekabrın 26-da xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı da keçiriləcək. Namizədlərin sınaq imtahanı üçün qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet portalında 8 dekabr saat 10:00-dan 19 dekabr saat 18:00-dək həyata keçiriləcək. Sinaq imtahanı üçün qeydiyyat xidməti göstərilən tarixlərdə aktiv olacaq.

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola bilərlər.

https://exidmet.dim.gov.az/elimt/XINTest/elan

Xəbər lenti