Logo

Uğurlu gələcəyin təminatçısı - ADPU

02.12.2021 23:55 637 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universiteti 2016-cı ildən etibarən Azərbaycan gəncliyinə uğurlu gələcək vəd edən ali təhsil müəssisəsinə çevirilmişdir. Bu proses t.ü.e.d. professor Cəfər Cəfərovun ADPU-ya rektor təyin edildiyi gündən etibarən başlamışdır.

Professor Cəfər Cəfərovun rəhbərliyi altında Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsilin keyfiyyətinin yüksəldilməsi, tələbələrə normal inkişaf mühitinin yaradılması, şəffaflığın təmin olunması istiqamətində əsaslı işlər həyata keçirmişdir.

Bu işlər nəticəsində universitetinin son illərdəki göstəricilərində müsbət yönlü dəyişikliklər özünü qabarıq şəkildə göstərməkdədir. Həmin göstəricilər istedadlı kadrların yetişdirilməsini şərtləndirən amilləri ortaya çıxarmışdır.

Universitetin xarici əlaqələrində də irəliləyişlər əldə edilmişdir. Hal hazırda ADPU nəinki ölkədəki ali təhsil müəssisələri ilə eləcə də  bir çox xarici universitetlər ilə əməkdaşlığı dahada möhkəmləndirir. Bütün görülən işlərin məntiqi nəticəsi kimi ADPU-nun yaxın gələcəkdə dünya universitetlərinin reytinq sıralamasında ön sıralarda yer alacağı şübhəsiz ki, baş verəcəkdir.

Bir sözlə, abituriyentlərin təhsil almaq üçün seçdikləri ali təhsil müəssisələrinin sırasında ADPU-nun adı həmişə yer almalıdır. Heç vaxt unutmaq olmaz ki, ADPU uğurlu gələcək vəd edir. Sözsüz ki, parlaq gələcəkdən heç kəs imtina etməz. ADPU ilə parlaq gələcəyə doğru DAİM İRƏLİ!!!

Vüqar Xaliqoğlu,

ADPU-nun Kimya və Biologiya fakültəsinin tələbəsi, ictimai fəal

Xəbər lenti