Logo

"Maşınqayırma və energetika: yeni konsepsiyalar və texnologiyalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans işinə başlayıb

02.12.2021 22:28 119 baxış
IMG

Dekabrın 2-də Azərbaycan Texniki Universiteti (AzTU), Türkiyənin Qazi Universiteti,Rusiyanın Cənubi Ural Dövlət Universiteti, Tatrıstanın Almetyevsk Dövlət Neft İnstitutu, Almaniyanın Brandenburq Texniki Universiteti və Çexiyanın Liberec Texniki Universitetinin təşkilatçılığı ilə “Maşınqayırma və energetika: yeni konsepsiyalar və texnologiyalar” mövzusunda onlayn beynəlxalq elmi-praktiki konfrans işinə başlayıb.

Tehsil.biz xəbər verir ki, plenar iclasda iştirakçıları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev konfransın işinə uğurlar arzulayıb.

Daha sonra çıxış edən Qazi Universitetinin rektorunun köməkçisi, prof.dr. Ramazan Bayındır, Brandenburq Texniki Universitetinin vitse-prezidenti, prof. Michael Hübner, Almetyevsk Dövlət Neft İnstitutunun rektoru, prof. Aleksandr Dyakonovun nümayəndəsi Alyona Şumetova, Liberec Texniki Universitetindən prof. Karel Frana,  Cənubi Ural Dövlət Universitetindən dos. Leonid Shipulin AzTU-nun ev sahibliyi ilə keçirilən konfransın universitet-sənaye işbirliyinin inkişafı istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini qeyd ediblər.

Konfransın plenar iclasında 4 müxtəlif mövzu üzrə məruzələr dinlənilib. İşini bölmə iclasları ilə davam etdirən konfransın bağlanış mərasimi dekabrın 3-də keçiriləcək.

Xəbər lenti