Logo

BANM-in tələbəsi: “10 yaşlı Ali Məktəbimdə qazandıqlarım bu gün mənə çox kömək olur”

02.12.2021 21:15 682 baxış
IMG

 “Bakı Ali Neft Məktəbinin cəmi bir il ərzində mənə faydası həddindən artıq çox olub. Burada zəngin bilik və bacarıqlar əldə etdim. BANM-də qazandığım bilik və bacarıqlar bu gün mənə çox kömək olur”.
 
Tehsil.biz xəbər verir ki, bunu Petronas Texnoloji Universitetində təqaüdlə təhsilini davam etdirən Əli Yusifov bildirib.
 
Əli 2017-ci ildə 690 bal toplayaraq Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına daxil olub. O, bir il sonra BANM-in “Petronas” şirkəti ilə müqaviləsinə əsasən təqaüd qazanan 2 tələbədən biri olaraq Petronas Texnoloji Universitetində təhsilini davam etdirib. Onun bacısı Cəmilə Yusifova bu il 685 bal toplayaraq Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasına daxil olub, Prezident təqaüdçüsüdür.    
 
Əli deyir ki, BANM-də oxuduğu 1 il tələbəlik həyatının ən gözəl ili olub:

“BANM-də qazandığım biliklər bu gün mənə böyük fayda gətirir. İndi həmin biliklər, xüsusilə də intensiv ingilis dili mənə çox kömək olur. BANM-də möhkəm bünövrəm qoyuldu. BANM həm də möhkəm dostluqlarımın təməlini qoydu. Orada qazandığım dostluqlar indiyə qədər davam edir.  Belə dostlarım olduğuna, BANM-i seçdiyimə görə özümü çox şanslı hesab edirəm. Bakı Ali Neft Məktəbi sayəsində belə bir təqaüd proqramı ilə tanış oldum və Malaziyada oxumaq şansı qazandım. Uğurlarıma görə BANM ailəsinə təşəkkür edirəm. 10 yaşın mübarək, BANM!"

Xəbər lenti