Logo

“Ustadla görüş” idman layihəsi çərçivəsində görüş keçirilib

02.12.2021 14:11 745 baxış
IMG

Dekabrın 1-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) Karyera Mərkəzinin təşkilatçılığı ilə “Ustadla görüş” idman layihəsi  çərçivəsində tanınmış idmançı, Dünya çempionu, Avropa çempionu, Tokio Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, Qızıl Qran Pri-nin qalibi yunan-Roma güləşçisi Rafiq Hüseynovla görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə “İdmanın təkmübarizlik növləri” kafedrasının ixtisasçılarından ibarət tələbə və professor-müəllim heyəti iştirak edib. Rafiq Hüseynov görüş zamanı öz nailiyyətlərindən, idman karyerasından və uğura gedən yoldan bəhs edib. O, tələbələrə hər zaman məqsədli olmaq və çətinliklər zamanı ruhdan düşməmələrini məsləhət görüb.

Görüşün yadda qalan məqamı isə R. Hüseynovun tələbələrə güləş idman növü üzrə master-klass keçməsi oldu. Tələbələr böyük həvəslə ustadla bir döşəyi paylaşdılar.

“İdmanın təkmübarizlik növləri” kafedrasının müdiri Qalib Əbiyev R.Hüseynovun idman sahəsindəki uğurları haqqında danışıb, təşəkkürünü bildirib. Sonda Rafiq Hüseynova Akademiya adından xüsusi hazırlanmış hədiyyə təqdim edilib, xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, layihənin əsas məqsədi bədən tərbiyəsi və idman sahəsində maarifləndirmə işinin artırılması, bu sahələrdə nailiyyət qazanmış idmançıların tanıdılması və gələcək mütəxəssislərə dəstək olmaqdır. 

Xəbər lenti