Logo

“Ümumdünya QİÇS-lə mübarizə günü - QİÇS-ə yoluxmuş şəxslərin əmək münasibətlərinin tənzimlənməsi”

02.12.2021 12:04 87 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektoru “Ümumdünya QİÇS-lə mübarizə günü - QİÇS-ə yoluxmuş şəxslərin əmək münasibətlərinin  tənzimləsi” mövzusunda tədbir keçirib.

Tədbirdə sektorun əməkdaşı İlkin Şərifov QİÇS-in ümumbəşəri problem olduğunu və hər bir cəmiyyət nümayəndəsinin buna qarşı mübarizə aparmasının vacibliyini qeyd edib. QİÇS və müxtəlif yoluxucu xəstəliklərə, həmçinin dünyanı bürüməkdə olan COVID-19 virusuna qarşı mübarizəni yalnız maarifləndirmə ilə aparıla biləcəyini vurğulayıb. İ.Şərifov BDU-da bu istiqamətdə maarifləndirmə tədbirlərinin mütamadi həyata keçirildiyini bildirib. Qeyd edib ki, Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi və QİÇS-ə qarşı tədbirlərə kifayət qədər sərmayənin qoyulması son bir neçə onillikdə ölkəmizdə İİV (insanın immunçatışmazlığı virusu) infeksiyasının yayılması ilə bağlı vəziyyətin sabitləşdirilməsi üçün imkan yaradıb, hazırda isə COVID-19 virusuna qarşı mübarizə tədbirlərinə dəstəyi təmin edib.

Tədbirdə çıxış edən infeksionist həkim Ləman Qalimova QİÇS xəstəliyinin tarixi və onun mübarizə üsulları haqqında geniş mühazirə ilə çıxış edib. Profilaktik tədbirlər sayəsində tək QİÇS-in deyil, müxtəlif yoluxucu xəstəliklərin geniş yayılmasının qarşısının aldığını bildirib.

BDU-nun Hüquq fakültəsinin müəllimi Yavər Məmmədova beynəlxalq aləmdə və ölkəmizdə QİÇS xəstəliyinə yoluxan şəxslərin əmək münasibətlərinin tənzimlənməsi, bu sahədə qanunvericilik prosesi haqqında məlumat verib. Bu xəstəliyə yoluxan şəxslərin diskriminasiyaya məruz qalmamalı olduğunu vurğulayıb.

Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Xəbər lenti