Logo

Rusiyada fizik alim intihar etdi - FOTO

02.12.2021 09:58 409 baxış
IMG

Rusiya paytaxtında parkların birində 43 yaşlı fizik alim Yuri Nikitayev intihar edib. Məlumata görə, kişi işdən evə qayıdan keçmiş sevgilisinin gözü qarşısında bunu edib.

Qadının sözlərinə görə, onlar altı ay əvvəl ayrılmışdılar, lakin Nikitayev bununla barışa bilmirdi. Qadını izləyən fizik parkda onunla mübahisə etməyə başlayıb. Keçmiş sevgilisini barışmağa razı salmadığını görəndə isə silahı çıxararaq qadına tuşlayıb, sonra qəfil özünə tərəf tutaraq atəş açıb.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı istintaqa başlayıblar.

Nikitayev Moskva Dövlət Universitetini bitirib, sonra orada fizika müəllimi işləyib. Daha sonra optik lif əsasında sensorların istehsalı ilə məşğul olan “OPTIZ-monitorinq” şirkətini yaratmışdı.

Xəbər lenti