Logo

Litvanın Azərbaycandakı səfiri Aqrar Universitetdə olub

01.12.2021 22:10 121 baxış
IMG

Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas Litvanın “Cormack Consultancy Group”un direktor müavini Gintaras Steponaviciusla birlikdə Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində(ADAU) olub.

Tehsil.biz xəbər verir ki, görüş zamanı ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qonağa universitetin maddi-texniki imkanları, ikili diplom proqramları, kadr potensialı və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Rektor bildirib ki, gələcəkdə Litvada yerləşən aqrar yönümlü universitetlərlə əlaqələrin qurulmasında Azərbaycan Dövlət Aqrar Universiteti maraqlıdır.

Eqidius Navikas Gəncə şəhərinə ilk dəfədir ki, səfər etdiyini bu səfər çərçivəsində Aqrar Universitet ilə tanış olmaqdan məmnunluq duyduğunu ifadə edib. O, ölkələr arası münasibətlərin daha da inkişaf etməsində universitetlər arası əlaqələrin rolunun böyük olacağını vurğulayıb.

Sonra qonaqlar ADAU-nun yeni tədris korpusuna baş çəkib, müasir laboratoriyalar və auditoriyalar ilə tanış olublar.

Xəbər lenti