Logo

Dillər Universitetində tədrisin keyfiyyətinin artırılması imkanları müzakirə edilib

01.12.2021 16:29 91 baxış
IMG

Azərbaycan Dillər Universitetində (ADU) Elmi şuranın növbəti iclası keçirilib.

ADU-dan bildirilib ki, iclasda elmi işlər üzrə prorektor professor Novruz Məmmədov gündəlikdə duran məsələlərdən danışıb. Tədbirdə, həmçinin ADU-nun müəllim kollektivinin 44 günlük Vətən müharibəsi dövründə fəaliyyətindən söhbət açılıb. Əsgərlərimizin mənəvi-psixoloji durumunun yüksək səviyyədə qorunub saxlanılmasında pedaqoqların danılmaz rolu vurğulanıb.

Universitetin bir neçə müəllim və əməkdaşı bu münasibətlə diplom və fəxri fərmanlarla təltif olunub.

Tədris bölməsinin müdiri Şəfəq Şahməmmədova dərs yükü bölgüsündən və tədrisin keyfiyyətindən danışıb. Qeyd olunub ki, universitet müəllimlərinə yüksək şərait yaradılıb və bunun nəticəsində təhsil ocağı öz tədris imkanları və keyfiyyəti ilə seçilir. Növbəti semestrdə də bu imkanların artırılması və tədrisin keyfiyyətinin artırılmasının zəruriliyi önə çəkilib.

Magistratura şöbəsinin müdiri Firuzə Rzayeva tələbələrin bilik və bacarıqlarının yüksəldilməsi imkanlarının artırıldığını vurğulayıb. Yeni tədris olunan fənlərin bu sahədə xüsusi önəm daşıdığı qeyd olunub.

Elm şöbəsinin müdiri Sevda İmanova, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Fialə Abdullayeva müvafiq istiqamətlər üzrə məruzə ilə çıxış ediblər.

Qeyd olunan məsələlərlə bağlı qərarların icrası və müvafiq plan üzrə həyata keçirilməsi tapşırılıb.

Xəbər lenti