Logo

"Təhsil Nazirliyi yerli təhsili idarəetmə orqanlarının qarşısında aciz qalıb" - NARAZILIQ

01.12.2021 09:12 662 baxış
IMG

Tehsil.biz redaksiyasına Goranboy rayonu Qızılhacılı qəsəbə sakini, vətəndaş Eminov Neman Bayram oğlu tərəfindən göndərilən şikayət məktubunu olduğu kimi təqdim edirik:

"Azərbaycan Respublikasının Prezidentinin FƏRMANINA əsasən biz Təhsil nazirliyi olaraq YERLİ TƏHSİLİ İDARƏETMƏ orqanlarının işinə qarışa bilmirik.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə
SURƏTİ: Azərbaycan Respublikasının Təhsil naziri Cənab Emin Əmrullayevə
Goranboy rayonu Qızılhacılı qəsəbə sakini İŞSİZ vətəndaş Eminov Neman Bayram oğlu tərəfindən 

ŞİKAYƏT

Möhtərəm Cənab Prezident!
Azərbaycan Respublikasının Təhsil nazirliyi mənə 23.11.2021-ci il tarixli E-13103/8/1024 nömrəli məktubu ilə cavab göndərir ki, Gəncə Şəhər Təhsil İdarəsinin və Goranboy Rayon Təhsil Şöbəsinin vəzifələrindən SUİ istifadə edərək yol verdikləri nöqsanları, saxtakarlıqları biz araşdıra, bu MƏMURLARIN etdikləri özbaşnalıqlarına görə onları cəzalandıra bilmirik. Ona görə ki, YERLİ TƏHSİL İDARƏETMƏ ORQANLARININ rəhbərləri rayon(şəhər) İCRA Hakimiyyəti Başçıları tərəfindən vəzifəyə təyin və azad edilirlər.

Möhtərəm Cənab Prezident!

İcra Başçıları da bu müdürlərin nöqsanlarına, etdikləri saxtakarlıqlarına, vəzifələrindən SUİ istifadə etmə hallarına göz yumurlar, heç bir tədbir görmürlər.

Dəfələrlə İcra hakimiyyətinə, İCRA BAŞÇISINA, İcra hakimiyyətinin "ictimai-siyasi, humanitar məsələlər" üzrə müavininə rəsmi qaydada müraciətlər etmişəm, mənə rəsmi olaraq bildirilir ki, TƏHSİL ŞÖBƏSİ Təhsil nazirliyinin tabeliyindədir, şikayətini Təhsil nazirliyinə etməlisən. Məsuliyyəti bir-birilərinin üzərlərindən atırlar. 

Mən hara müraciət etməliyəm ki, belə bir VƏZİFƏLİ ŞƏXSLƏRİN, MİLLƏTİN gələcəyi olan TƏHSİLİ məhf edənlərin latiqli CƏZALARI verilsin, vəzifələrindən azad edilsinlər?

Gəncə Şəhər İcra Hakimiyyətində Gəncə Şəhər Təhsil İdarəsinin müdürü Anar Qədimalıyevin qohumu yüksək vəzifədə çalışır, Anar Qədimalıyevə day-dayılıq edir, Anar Qədimalıyevin etdikləri nöqsanları, saxtakarlıqları, məmur özbaşnalığını gizlədir, ört-basdır edir.

Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısına Anar Qədimalıyevlə bağlı şikayət ərizəsi göndərmişəm, iki aya yaxındır ki, şikayət ərizəm cavablandırılmır. Hesab edirəm ki, Anar Qədimalıyevin icra hakimiyyətində işləyən qohumu, day-dayısı onunla bağlı gələn ŞİKAYƏT məktublarını, ərizələri İCRA BAŞÇISINDAN gizlədir.

Möhtərəm Cənab Prezident, Sizdən xahiş edirəm yuxarıda qeyd etdiklərimi NƏZARƏTİNİZƏ götürəsiniz, tədbir görülməsi barəsində tapşırıq verəsiniz".

Qeyd: Qarşı tərəflərin fikirlərini dərc etməyə hazırıq!

Xəbər lenti