Logo

Paytaxt məktəbində QALMAQAL: Direktor müəllim tərəfindən döyüldü

30.11.2021 16:36 3467 baxış
IMG

Xəzər rayonunda yerləşən 117 nömrəli tam orta məktəbin müəllimi həmin məktəbin direktorunu döyüb.

"Tehsil.biz"in əldə etdiyi məlumata görə, bu səbəbdən bir həftə olar ki, direktor işə çıxa bilmir. 

Bakı şəhəri 117 nömrəli tam orta məktəbdən verilən məlumata görə, məktəbin Gənclərin çağırışaqədərki hazırlığı rəhbərinin direktor ilə mübahisəsindən sonra həmin müəllimin oğlu (məktəbin riyaziyyat müəllimi) direktora qarşı kobud davranışlara yol verib.
Qeyd edilib ki, bundan öncə də Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri ilə məktəbin direktor müavini arasında da anlaşılmazlıq və mübahisələr olub.

Mövzu ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ)  "Tehsil.biz"in sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı İdarə tərəfindən müvafiq araşdırma aparılır.
Həmçinin qeyd olunub ki, məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılır və bununla bağlı zəruri maarifləndirmə işləri görülür.

Fəqan Əzimli

Xəbər lenti