Logo

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Aşıq Ələsgərin 200 illiyi qeyd olunub

30.11.2021 15:26 109 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecdə “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 fevral tarixli Sərəncamına uyğun olaraq genişmiqyaslı tədbir keçirilib.

UNEC-dən bildirilib ki, tədbirdə Kollecin direktoru pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov, Azərbaycan Aşıqlar Birliyinin üzvləri - Aşıq Qələndər, Aşıq Eldar və balaban ustası Ələkbər Ələkbərov, müəllim və tələbələr iştirak ediblər.

Kollecin direktoru Vidadi Orucov qeyd edib ki, həyatı və yaradıcılığı nəsillərə örnək olan Aşıq Ələsgər Azərbaycan xalq yaradıcılığının ən böyük nümayəndələrindən biridir. O, misilsiz xidmətləri ilə aşıq poeziyasını həm məzmun, həm də forma rəngarəngliyi ilə zənginləşdirib, saf, təmiz xalq dilindən istifadə etməklə yüksək fəlsəfi düşüncələri ehtiva edən poetik nümunələr yaradıb. Aşıq Ələsgər ilhamı haqdan gələn bir sənətkardır.

Digər çıxış edənlər Aşıq Ələsgərin həyat və yaradıcılığından söz açıblar.

Tədbir bədii hissə ilə davam edib.

Xəbər lenti