Logo

Xəzər Universitetinin əməkdaşı Ankarada keçirilən konfransda məruzə edib

30.11.2021 12:42 108 baxış
IMG

Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri dosent Telman Nüsrətoğlu Ankarada keçirilən türk respublikalarının müstəqilliklərinin 30-cu ildönümünə həsr edilmiş konfransda iştirak edib.

Universitetdən bildirilib ki, Türk Dünyası Parlamentlər Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə T.Nüsrətoğlu məruzə ilə çıxış edib. Alim ortaq təhsil və mədəniyyət proqramlarının tərtib edilməsi, tarix dərsliklərinin hazırlanması və s. barədə məlumat verib.

Xəbər lenti