Logo

MDU əməkdaşının monoqrafiyası beynəlxalq sərgidə qızıl medala layiq görülüb

30.11.2021 10:52 173 baxış
IMG

Mingəçevir Dövlət Universitetinin (MDU) Riyaziyyat kafedrasının müəllimi Səriyə Allahverdiyevanın həmmüəllifi olduğu və cari ilin mart ayında Almaniyanın “Lambert Academic Publishing” nəşriyyat evində çap edilmiş "Kompüter riyaziyyatında məlumatların təhlükəsizliyinin texniki-texnoloji və metodoloji xüsusiyyətləri" adlı monoqrafiya bu ilin iyun-iyul aylarında Londonda keçirilmiş "London Book Fair" kitab sərgisində iştirakçı sertifikatı və qızıl medalla təltif olunub.

Tehsil.biz xəbər verir ki, digər müəllifi Azərbaycan Dövlət Dəniz Akademiyasının professoru Rövşən Hümbətəliyev olan monoqrafiyada təbii proseslərin riyazi modellərinin yaradılaraq kompüterdə həlli üsullarının texniki-texnoloji və metodoloji xüsusiyyətləri tədqiq edilib.

Monoqrafiya 8 dildə - ingilis, alman, fransız, ispan, portuqal, polyak, holland və italyan dillərinə tərcümə olunaraq çap edilib.

Xəbər lenti