Logo

BDU-da “Şuşa Elm Festivalı” adlı layihəsinin qaliblərin təltif olunma mərasimi keçirilib

29.11.2021 18:21 99 baxış
IMG

Bakı Dövlət Universitetində Azərbaycan Gənclər Fondunun elan etdiyi XV qrant müsabiqəsinin qalibi - “ELM” Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək İctimai Birliyinin “Şuşa Elm Festivalı” adlı layihəsinin qaliblərinin təltif olunması mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə BDU-nun professor-müəllim heyəti, tələbələr və müsabiqənin qalibləri iştirak edib.

Festivalın keçirilməsində əsas məqsəd gənc istedadları üzə çıxarmaq, onlara stimul vermək, Şuşanın mədəniyyətini və tarixini dərindən öyrənmək,  tələbələrdə elmə maraq yaratmaq və müxtəlif məntiqi suallar ilə onların intellektual inkişafına dəstək olaraq asudə vaxtlarının səmərəli keçirməsinə yardımçı olmaqdır.

Layihənin rəhbəri, Mexanika-riyaziyyat fakültəsin müəllimi Səbuhi Abdullayev bildirib ki, layihənin başlanğıcının Cıdır Düzündən elan olunması, layihəyə diqqət və marağın artmasına , eləcə də Şuşanın elm və mədəniyyətlə tanınmasına töhfə olacaq.

Qeyd edək ki, layihə üç seçim mərhələsindən ibarətdir. Bu turda iştirakçılara Şuşanın mədəniyyət və tarixi haqqında, eləcədə intellektual biliklərini sınayan 20 sual təqdim edilib

Final mərhələsinə 30 nəfər qalib seçilib.

Xəbər lenti