Logo

UNEC-də tədrisin keyfiyyətinin yüksəldilməsində növbəti addım!

29.11.2021 17:54 105 baxış
IMG

2021/22-ci tədris ilin yaz semestrindən başlayaraq, UNEC-də “Statistikada proqram təminatı” fənni Excel və SPSS proqramı əsaslı, “Statistikada modelləşdirməyə giriş” fənni VAR Analizi, Eviews, R proqramı üzrə, ARCH və GARCH  modelləri öyrənilməklə tədris olunacaq.

Eləcə də “Proqramlaşdırmanın əsasları-1” fənni Web framework üçün django, flask, Core python, Deployment cloud üçün AWS (AMAZON), Docker optional, Rest api, Basic Linux command əsaslı proqram üzrə, “Proqramlaşdırmanın əsasları-2” fənni isə Java Web texnologiyalarının əsasları, Spring framework, Soap ve Rest web servislər müxtəlif real layihələr üzərində tam praktiki şəkildə tədris olunacaq proqramlar üzrə həyata keçiriləcək.

Qeyd olunan fənlərlə yanaşı, 27 fənnin də müasir proqramlar üzrə təlimlərinə noyabrın 29-dan start verilir.

Təlimlərdə iştirak etmək arzusunda olanlar Keyfiyyətə nəzarət şöbəsinə müraciət edə bilərlər.

[email protected]

Təlimlərin CƏDVƏLİ

Xəbər lenti