Logo

Təhsil eksperti ev tapşırıqlarının ləğv edilməsini TƏKLİF EDİB

29.11.2021 00:32 1393 baxış
IMG

"Azərbaycanda təhsilin bütün pillələri üzrə ev tapşırıqları ləğv edilməlidir".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndi bildirib.

Onun sözlərinə görə, Finladiya kimi ölkədə ev tapşırıqları yoxdur, amma təhsilləri bizimkindən min dəfə daha yaxşıdır:

"Finlandiyada ev tapşırığının olmaması geriləməyə deyil, əslində irəliyə aparır. Bizdə isə əksinə. Təəssüf ki, bizdə evə verilən tapşırıqları şagirddən çox valideynlər icra edir. Burada obyektivlikdən söhbət belə gedə bilməz.                              Demirəm ki, təkcə tapşırıqları ləğv etməklə kifayətlənək, xeyr! Sistemi dəyişməliyik. Faktiki təhsil sistemi bizə heç nə vermir. Yeni heç nə əldə edə bilmirik".

"Sintezdir hamısı. Keçmiş sovet təhsil sistemi ilə kurikulum qarışıb, bir tərəfdən də yeni metodlar tətbiq olunur. Yarımçıq papaqçılıqla məşğuluq. Vahid bir sistem tətbiq etmək daha məntiqəuyğundur. Real olanı deyim ki, təhsilimiz batır. Xüsusilə, orta məktəblərdə. Nazirlikdə daxili qarşıdurma olduğu müddətdə belə də olacaq", -deyə Elçin Əfəndi qeyd edib.

Fəqan Əzimli

Xəbər lenti