Logo

Beynəlxalq Fəlsəfə Gününə həsr olunmuş elmi seminar keçirilib

28.11.2021 15:30 680 baxış
IMG

Qərbi Kaspi Universitetinin Fəlsəfə kafedrasının və "Gənc Filosoflar Klubu"nun təşkilatçılığı ilə Beynəlxalq Fəlsəfə Gününə həsr olunmuş elmi seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, seminarda Qərbi Kaspi Universitetinin Fəlsəfə ixtisasının tələbələri və digər universitetlərdə təhsil alan tələbələr müxtəlif mövzular üzrə çıxışlar və təqdimatlar ediblər. Tədbirdə həmçinin tələbələr tərəfindən seçilmiş mövzular ətrafında diskussiya həyata keçirilib.

Seminarda qeyd edilib ki, Dünya Fəlsəfə Günü UNESCO-nun təşəbbüsü ilə təsis edilib. Hər il noyabrın üçüncü cümə axşamı günü Dünya Fəlsəfə Günü kimi qeyd olunur.

Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunub və xatirə şəkli çəkilib.

Xəbər lenti