Logo

Şimali Koreyalı tələbə "Squid Game"a görə güllələnəcək

25.11.2021 16:01 447 baxış
IMG

Çinə səfər edən Şimali Koreyalı oğlan tələbə evə qayıdarkən özü ilə USB diskdə "Netflix"in Cənubi Koreya serialı "Squid Game"nin surətini gətirib.

Tehsil.biz "CNNtürk"ə istinadən xəbər verir ki, Şimali Koreyaya filmi gətirən şəxs güllələyəcək, ona baxanlar isə ömürlük və ya 5 il müddətinə həbs cəzası alacaqlar.

Cənubi Koreya mallarının ölkədə yayılmasına nəzarət edən Şimali Koreyanın nəzarət xidmətinin gözündən "Squid Game"də yayınmayıb. Onlar serialın ölkəyə gizli gətirildiyini bildirərək keçən həftə tələbəni həs ediblər. Azad Asiya Radiosunun verdiyi məlumata görə, buna görə tələbə güllələnərək edam olunacaq.

Dünyanın ən qapalı ölkəsi olan Şimali Koreyada düşmən Cənubi Koreya və Qərb ölkələrindən gətirilən bütün filmlər, televiziya şouları, mahnılar və digər məhsullar qadağandır. Pxenyan administrasiyası ötən həftə məşhur teleseriala bir məktəbin sinif otağında baxıldığından xəbər tutduqdan sonra məxfi xidmətə məktəblərdəki bütün şagirdlərin evində axtarış aparmağı əmr edib.

Xəbər lenti