Logo

"Logistika və nəqliyyat" ixtisaslaşması üzrə müəllimlərin işə qəbulu prosesinin vaxtı uzadıldı

25.11.2021 15:32 77 baxış
IMG

ARTİ “SABAH Magistratura” proqramı çərçivəsində 2021/2022-ci tədris ilinin payız semestrində Azərbaycan Texniki Universitetinin (AzTU) “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə müəllimləri əməkdaşlığa dəvət edir. “SABAH Magistratura” proqramı çərçivəsində 2021/2022-ci tədris ilinin yaz semestrində AzTU-nun “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə müəllimlərin işə qəbulu prosesinin vaxtı uzadılıb.

 “Logistika və nəqliyyat” ixtisaslaşması çərçivəsində aşağıdakı fənləri tədris edəcək namizədlərin müraciətləri dəyərləndiriləcək:

- Logistika sistemlərində riyazi modelləşdirmə (Xətti proqramlaşdırma məsələlərinin logistika sistemlərində tətbiqi, Tranzitli nəqliyyat məsələsi (Transshipment problem), Nəqliyyat məsələsi (Transportation problem), Səyyar satıcı məsələsi (SSM -  Traveling Salesman Problem), Marşrut seçmə məsələsi (VRP - Vehicle Routing Problem) və digərləri);

- Anbar ehtiyatlarının idarə olunması (Ekonomik Sifariş Miqdarı (ESM), təhlükəsizlik stoku, dövri stok, stoxastik anbar modelləri, məhsulların nə zaman hansı miqdarda sifariş verilməli olduğunun hesablanması və s.);

- Akademik yazı və tədqiqat üsulları (kitabxana sistemlərində axtarış üsulları, AzTU-nun elektron kitabxanası ilə tanışlıq, ondan istifadə qaydaları, akademik yazıların strukturu, üslubu, akademik yazılara istinad etmə, plagiatçılıq nədir, ondan necə uzaq durmalı və s.);

- Nəqliyyat prosesi və nəqliyyat növləri (əmtəə və məhsulların nəqliyyat prosesi, hava, dəmir, quru və su yollarında istifadə edilən nəqliyyat növləri və onların xüsusiyyətləri və s.);

- Logistika sistemlərində proqram təminatları (təchizat zəncirlərinin idarə edilməsində istifadə edilən proqram təminatları, SAP/Oracle/1C kimi  ERP proqramları, onların nəqliyyat/anbar ilə bağlı modulları, bu modulların iş prinsipləri, MRP, və s.);

- Beynəlxalq ticarət (kapital, əmtəə və xidmətlərin ölkələr arasında axını, rəqabət üstünlüyü, beynəlxalq su, quru və hava yolları ilə daşıma marşrutları və s.).

Namizədlərə tələblər:

  1. Müvafiq ixtisas üzrə elmi dərəcə və ya tam ali təhsil (magistratura);
  2. Sahə üzrə 3 ildən az olmayaraq ali təhsil müəssisəsində tədris təcrübəsi və ya müvafiq sahədə 5 il iş təcrübəsi;
  3. Azərbaycan dilində səlis ünsiyyət bacarıqları;
  4. İKT resurslarından sərbəst istifadə bacarıqları;
  5. İnnovativ tədris metodlarından istifadə, ünsiyyət və təqdimat bacarıqları.

Müsabiqədə iştirak etmək istəyən müəllimlərdən öz CV-lərini və tədris edəcəkləri fənnin sillabusunun ilkin nümunəsini (Mövzu (subject) bölməsində fənnin adını qeyd etməklə) [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız ilkin mərhələni uğurla tamamlayan namizədlər növbəti mərhələ ilə bağlı məlumatlandırılacaqlar.

Müraciət üçün son tarix: 1 dekabr 2021-ci il, saat 23:59

Xəbər lenti