Logo

Biologiya və tarix fənləri üzrə işçi qruplarının iclası keçirilib

25.11.2021 15:30 58 baxış
IMG

25 noyabr 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə işçi qruplarının iclası keçirilib.

Gündəlik məsələ biologiya fənnindən IV ixtisas qrupu, tarix fənnindən isə II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsi olub.

Müzakirələr nəticəsində imtahan modelində nəzəri biliklərin tətbiqinə yönəlmiş, məntiqi düşünməyə əsaslanan, səbəb-nəticə əlaqələri üzərində qurulan sxem, qrafik, cədvəl formalı tapşırıqlara üstünlük verilib. Həmçinin Eyler-Venn diaqramı və klasterdən istifadəyə, situasiya və mətnə aid tapşırıqların elmi‑metodiki xüsusiyyətlərinə xüsusi diqqət yetirilib.

İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.

Qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri “Abituriyent” jurnalının 1‑ci sayında dərc ediləcək.

İşçi qrupunun növbəti iclası 2 dekabr 2021-ci il tarixində olacaq.

Xəbər lenti