Logo

Koronavirusa görə bağlanan 2 məktəbdə əyani dərslər bərpa olundu

25.11.2021 13:56 730 baxış
IMG

Paytaxtdakı 155 və 193 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

BŞTİ-dən Tehsil.biz-ə bildirilib ki, hər iki məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur. Tədrisin fasiləsiz təşkili diqqət mərkəzində saxlanılır,  mütəmadi olaraq monitorinqlər aparılır.

Xəbər lenti