Logo

ADPU-da İkili Diplom Proqramına yeni qəbul mövzusunda görüş keçirilib

25.11.2021 13:12 72 baxış
IMG

Noyabrın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatının (ADPU TGT) Xarici dillər klubu və ADPU Təhsil Könüllüləri İctimai Birliyinin (ADPU TKİB) birgə təşkilatçılığı ilə “İkili Diplom Proqramına yeni qəbul” adlı görüş keçirilib.

ADPU-Corc Vaşinqton Universiteti İkili Diplom Proqramının rəhbəri Tofiq Əhmədovun iştirakı, ADPU-nun Strateji inkişaf üzrə rektor müşaviri Ümid Mehdiyevin moderatorluğu ilə keçirilən tədbirdə Pedaqoji Universit və Amerika Birləşmiş Ştatlarının (ABŞ) Corc Vaşinqton Universitetinin birgə əməkdaşlığı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində  magistratura səviyyəsində təhsil idarəetməsi ixtisası üzrə ikili diplom proqramı haqqında geniş məlumat verən T.Əhmədov proqramın əsas məqsədinin qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq təhsilin idarəedilməsi sahəsində Azərbaycanda yeni nəsil mütəxəssislər yetişdirmək, bu sahədə Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərini beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirməkdən ibarət olduğunu vurğulayıb. 

Görüşdə proqramda təhsil almaqla bağlı təqdimat nümayiş etdirilib. Tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti