Logo

Bakıda dəhşətli hadisə: İbtidai sinif müəllimi öldü - FOTO

25.11.2021 11:35 2806 baxış
IMG

Bu gün səhər saatlarında Bakı şəhər Binəqədi rayonu 7-ci mikrorayon ərazisində ağır yol qəzası baş verib.

Tehsil.biz Publika.az-a istinadən xəbər verir ki, sürətlə hərəkət edən minik avtomobili 1962-ci il təvəllüdlü Kazımova Təranə Ağaməmməd qızını vurub. Ağır xəsarət alan qadın hadisə yerində ölüb.

Qeyd edək ki, vəfat edən qadın Əsəd Ələskərov adına 244 №-li tam orta məktəbdə ibtidai sinif müəllimidir və səhər saatlarında 7-ci mikrorayonda yerləşən məktəbə gedərkən faciəvi hadisə ilə üzləşib. Onun vəfat etməsi səbəbindən rəhbərlik etdiyi sinifdə dərslər keçirilməyib.

Onu da qeyd edək ki, T.Kazımovanın 39 illik pedaqoji fəaliyyəti olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti