Logo

Təhsil Tələbə Kreditini necə almaq olar?

24.11.2021 23:36 873 baxış
IMG

Azərbaycan Respublikası Prezidentinin bu il imzaladığı Fərman ilə AR Təhsil Nazirliyinin tabeliyində “Təhsil Tələbə Krediti Fondu” yaradılmışdır. 

Tehsil.biz xəbər verir ki, Təhsil Tələbə Kreditinin (TTK) ayrılması təhsilin hamı üçün, xüsusi ilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidır. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə (təhsil səviyyəsindən asılı olaraq 15-22 il) verilir. 

TTK-nın sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə bilər. Onlara kreditlər güzəştli şərtlərlə verilir. 

Təhsilin normativ müddətində, güzəşt və möhlət dövründə kreditə faiz hesablanmır və kreditin qaytarılması tələb olunmur. 

Cari ilin 23 noyabr tarixindən etibarən TTK üçün müraciətlərin qəbuluna başlanılır. Qeydiyyat e-ttkf.edu.az portalı vasitəsilə həyata keçirilir.

Əlavə məlumat üçün:

https://e-ttkf.edu.az/Content/Documents/InstructionFile.pdf

Xəbər lenti