Logo

Kolin Qibson magistrantlara "Onlayn yazı bacarıqları" modulundan praktiki dərslər keçir

24.11.2021 19:53 328 baxış
IMG

“High Park Communications” şirkətinin təsisçisi və direktoru olmuş, Strategiya, Rəqəmsal və Media İdarəçiliyi, eləcə də mentorluq üzrə kommunikasiyalar eksperti, Asiya Futbol Konfederasiyasında kommunikasiya direktoru Kolin Qibson (Colin Gibson) ASAPES Multimedia Mərkəzində magistratura təhsil səviyyəsində tədrisi ingilis dilində aparılan “İdman jurnalistikası” proqramının I tədris ili magistrantlarına "Onlayn yazı bacarıqları" modulundan praktiki dərslər keçir.

Media mərkəzində keçirilən ilk praktiki dərs zamanı tələbələr ayrı-ayrılıqda Kolin Qibsonu müsahibə ediblər. Müsahibə üçün əvvəlcədən Kolin haqqında araşdırmalar edən tələbələr maraqlı suallar hazırlayıblar. Tet-a-tet müsahibə sonrasında tələbələr məqalə hazırlayıb müzakirələr ediblər.

Xəbər lenti