Logo

MDU “Tələbə Mediası” layihəsində uğurla təmsil olunub

24.11.2021 18:20 281 baxış
IMG

Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində İqtisadi və Sosial İnkişaf Mərkəzi, Beynəlxalq Media və Mədəni Mübadilə İnstitutunun təşkilatçılığı və Almaniya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Tələbə Mediası” layihəsində uğurla iştirak ediblər.

Layihə çərçivəsində oktyabrın 15-dən 17-dək MDU-nun tələbələri üçün media sahəsində düzgün mövzu seçimi, onlayn və oflayn araşdırma, sorğu və müsahibə aparma, keyfiyyətli məqalə, fotoreportaj, video və infoqrafik hazırlama və digər mövzularda təlimlər keçirilib.

Layihənin davamı olaraq, noyabrın 1-dən 4-dək Almaniya ali məktəblərində tələbə həyatı, tələbə qurumları, media ilə yaxından tanışlıq məqsədilə 4 günlük virtual səfər və noyabrın 22-dən etibarən isə sosial media menecmenti, redaksiya menecmentinin əsasları və digər mövzularda Bakı şəhərində 5 günlük təlim proqramı təşkil edilib.

Bundan əlavə, layihə çərçivəsində tələbələrin “Student Media” (https://studentmedia.az/) adlı ortaq saytı yaradılıb. Saytda tələbələr tərəfindən hazırlanmış press-relizlər yerləşdirilib.

Tələbələrin təlimlərdə iştirakı, səfər və qonaqlama xərcləri layihə büdcəsi hesabına ödənilib.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da tələbə gənclərin hərtərəfli inkişafına şərait yaradan əlverişli təhsil mühitinin təmin edilməsi diqqət mərkəzində saxlanılır və bu istiqamətdə müvafiq təlimlərin keçirilməsinə xüsusi önəm verilir.

Xəbər lenti