Logo

BDU-da hibrid tip çoxaddımlı üsulların tətbiqi üzrə tədqiqatlar aparılır

24.11.2021 18:19 306 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının professoru, AMEA-nın müxbir üvzü Vaqif İbrahimov “Xüsusi struktura malik II tərtib adi diferensial tənlik üçün Koşi məsələsinin ədədi həllinə hibrid tip çoxaddımlı üsulların tətbiqi” mövzusunda məruzə ilə çıxış edib.

Elmi seminarda II tərtib xüsusi struktura malik adi diferensial tənlik üçün Koşi məsələsinin ədədi həlli üzrə mazakirələr aparılıb. Qeyd olunub ki, bu tip məsələlərin həlli üçün populyar üsullardan biri Ştermer-Verlet üsuludur. Bu üsulun dəqiqlik dərəcəsini artırmaq məqsədi ilə Ştermer-Verlet tipli  hibrid üsullar qurulmuş, onların dəqiqliyinin ən böyük qiyməti dayanıqlı və dayanıqlı olmayan üsullar üçün müəyyənləşdirilmişdir.

Seminarda fakültənin əməkdaşları və gənc tədqiqatçılar iştirak ediblər.

Xəbər lenti