Logo

İranda nə qədər azərbaycanlı tələbə TƏHSİL ALIR? - ÖZƏL

24.11.2021 18:04 758 baxış
IMG

“2020-2021-ci tədris ilində Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan İran vətəndaşlarının sayı 1000-ə yaxın olub”.

Bu barədə Təhsil Nazirliyi Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib.

Məlumatda o da qeyd olunub ki, Təhsil Nazirliyi xaricdə yalnız dövlət hesabına, o cümlədən dövlət proqramları və Hökümətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində təhsil alan tələbələrin qeydiyyatını aparır.

Təhsil Nazirliyinin məlumatına əsaslanaraq demək olar ki, İranda dövlət xətti ilə təhsil alan tələbəmiz yoxdur.

Bu ölkədə təhsil alan tələblər əsasən şəxsi əlaqələri vasitəsi ilə gedirlər və əsasən dini istiqamətdə oxuyurlar. Ona görə də İranda nə qədər tələbəmizin olduğunu müəyyən etmək çətindir.

Xəbər lenti