Logo

Qazaxda yük maşını tələbə qızı vurub

24.11.2021 10:52 683 baxış
IMG

Qazaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Tehsil.biz xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

Yük maşını yolu keçən, 17 yaşlı Lalə Süleymanovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Qəzada ölən L.Süleymanova Qazax Dövlət Sosial-İqtisad Kollecinin 2-ci kurs tələbəsi olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti