Logo

Eynşteynin dəftəri 13 milyon dollara satıldı

24.11.2021 09:17 375 baxış
IMG

Məşhur alim Albert Eynşteynin nisbilik nəzəriyyəsi ilə bağlı qeydlərinin olduğu dəftər hərraca çıxarılıb. 

Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, dəftər hərracda 13 milyon dollara satılıb.

Fizikə məxsus əlyazma Fransanın paytaxtı Parisdəki “Christie's” Hərrac Evində keçirilən hərracda alıcı tapıb.

Yarısı Eynşteyn tərəfindən yazılmış 54 səhifəlik dəftər naviqasiya kimi texnologiyaların təməlini qoyan nəzəriyyəyə dair qeydləri ehtiva edən iki sənəddən biridir.

Xəbər lenti