Logo

Seçilmişlərin seçdiyi şuraçılar

23.11.2021 17:46 648 baxış
IMG

Bu gün Təhsil Nazirliyi yanında İctimai Şuraya keçirilən seçkilərdə Etibar Əliyev, İlqar Orucov, Elmin Nurizadə, Rüfət Əsədzadə və Günel Səfərova üzv TƏYİN edilmişlər. Şura üzvlüyünə digər 4 nəfər namizədin təyinatı isə növbəti mərhələyə saxlanılmışdır.

Təhsil ictimaiyyətinə kimə sirr deyil ki, Təhsil Nazirliyi sözün əsl mənasında onun yanında olanlara İctimai Şuraya üzv seçmək imkanı verir ki, nəticədə elə onun yanında olanlar bu şuraya üzv seçilsinlər. Son iki ildə Təhsil Nazirliyinə ictimai nəzarəti həyata keçirməli olan bu orqana əslində elə Təhsil Nazirliyinin özü hər növ nəzarəti həyata keçirtmişdir. Bunun nəticəsində İctimai Şura Təhsil Nazirliyinin müdafiəçisi rolunda çıxış etmiş və cəmiyyətin nüfuzunu qazana bilməmişdir.

Şura üzvlərinin Təhsil Nazirliyinə yaxınlığı ilə seçilən, hatta bəzən özlərinin yaratdığı KİV və QHT nümayəndələrindən təşkil edilməsi bu qurumun formal məqsədlə yaradılmasını göstərən arqumentlərdən biridir. Məhz buna görə cəmiyyəti təhsillə bağlı narahat edən heç bir ciddi məsələyə şura üzvləri münasibət bildirməmiş, yalnız görüntü yaratmaq naminə təhsilin ümumi problemlərini monupulyativ məqsədlərlə gündəmə gətirmişlər. Nəticədə bu şura üzvləri sosial şəbəkə səhifələri və qrupları, hətta təhsil sahəsində yazan adi blogerlər qədər cəmiyyətdə nüfuz qazana bilməmişlər. 

Tehsil.biz

Xəbər lenti