Logo

Ankaradakı Rəsulzadə adına lisey sökülür? - Səfirlikdən cavab

23.11.2021 16:20 74 baxış
IMG

Sosial şəbəkədə Ankaradakı Rəsulzadə adına liseyin söküləcəyi barədə məlumat yayılıb. Bildirilir ki, zəlzələ təhlükəsinə görə bir neçə məktəb söküləcək.

Teleqraf.com-un əməkdaşı məsələni dəqiqləşdirmək üçün Azərbaycanın Türkiyədəki səfirliyinə müraciət edib.

Müraciətə cavab olaraq səfirlikdən bildirilib: “Türkiyə Milli Təhsil Nazirliyi Ankara şəhəri üzrə Təhsil İdarəsinin inşaat əmlakı şöbəsinin müdiri Ahmet Bayırla görüşülüb və Məhəmməd Əmin Rəsulzadə adına liseyin sökülməsi ilə bağlı məsələyə aydınlıq gətirməsi ondan xahiş olunub. Ahmet Bayırın verdiyi məlumata görə, M. Ə. Rəsulzadə adına lisey zəlzələ təhlükəsi olduğu üçün həqiqətən söküləcək və yeni bina inşa ediləcək”.

Qeyd edək ki, Ankarada yerləşən Məmməd Əmin Rəsulzadə liseyi 1993-1994-cü təhsil ilindən etibarən fəaliyyət göstərib.

Məktəb Ankaranın Keçiören rayonunun Fethiye Kemal Mumcu Anadolu liseyindən və digər bölgələrdən gələn 483 şagird, iki idarəçi və 4 müəllimlə birlikdə fəaliyyətə başlayıb, hazırda Türkiyənin paytaxtında təhsilinin keyfiyyətinə görə ikinci yerdədir.

Xəbər lenti