Logo

AzTU tələbələrinin Miniatür Kitab Muzeyinə ekskursiyası təşkil edilib

23.11.2021 15:30 689 baxış
IMG

Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində tədbirlər davam etdirilir. 

Proqram çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Kitab qurdu” klubunun təşkilatçılığı ilə Miniatür Kitab Muzeyinə ekskursiya təşkil olunub. Ekskursiya zamanı tələbələr muzeydəki eksponatlarla tanış olub, maraqlı məlumatlar əldə ediblər.

Qeyd edək ki, Miniatür Kitab Muzeyi 2014-cü ildə dünyanın ən böyük miniatür kitab kolleksiyası kimi “Ginnesin rekordlar kitabına” düşüb.

Xəbər lenti