Logo

"Xankəndidə ofis axtarır, universitetin bərpasından danışır" - Ekspertdən deputata SƏRT ETİRAZ

23.11.2021 14:51 570 baxış
IMG

"Tural Gəncəliyev indi də deyir ki, Xankəndi Pedaqoji Universitetinin bərpası xüsusi əhəmiyyət kəsb edir. Büdcədən bunun üçün vəsait ayrılsın.
Adam 1 ildir ki, özünə Xankəndidə ofis axtarır, tapa bilmir, durub universitetin bərpasından danışır".

Tehsil.biz xəbər verir ki, bunu təhsil üzrə ekspert Elçin Əfəndi deyib.

O, bildirib ki, əvvəla Xankəndidə eyni adla universiteti bərpa etmək yox, Qarabağ Dövlət Universiteti yaradılmalıdır:

"İndi bunlar hələ ki, kağız üzərində mümkündür. Bu cür addımlar üçün tiqranoidlərin əvvəlcə vətəndaşlığımızı qəbul etmələrini təmin etmək, ardınca dövlətimizin qanunlarının orada işləməsini hüquqi əsasda formalaşdırmaq, ardınca digər mədəni məsələləro həll etmək lazımdır ki, həmin vaxtda həm universitet üçün yer, həm də Tural Gəncəliyevə ofis tapmaq mümkün olacaq".

Fəqan Əzimli

Xəbər lenti