Logo

"Bəzi universitetləri Bakıdan çıxartmalıyıq" - Deputatdan TƏKLİF

23.11.2021 13:25 620 baxış
IMG

“Biz hamımız Böyük Qayıdışı gözləyirik, amma cəmiyyətdə bir sual dolanır ki, Gədəbəyə, Lerikə kiçik qayıdış nə vaxt olacaq”.

"Tehsil.biz"in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, bu gün regionlarda bəzi kəndlər boşalır: “Amma biz Qarabağda bir kəndə 20-30 min məcburi köçkünün qaytarılmasından danışırıq. Rayonları birləşdirməli, idarəetməni sadələşdirməliyik. Bakını tıxacdan, gərginlikdən xilas etməliyik. Bir sıra nazirlikləri rayonlara köçürməliyik. Eyni zamanda bəzi universitetləri də Bakıdan çıxartmalıyıq. Digər tərəfdən, əhalini məhkəmənin elektron olması maraqlandırmır, əhalini maraqlandıran məhkəmənin ədalətli olmasıdır. Sahibkarı qorumaq lazımdır ki, o, investisiya yatıra bilsin. Yoxsa bizim istehlak bazarımız xaricdən asılı olaraq qalacaq. Yeri gəlmişkən, “Azəristiliktəchizat” ASC-yə büdcədən yeni vəsait ayrılır, amma məktəblərdə uşaqlar gödəkcədə oturur. Bu məsələlərin həllini bu quruma pul ayırmaqla çözmək mümkün deyil”.

Xəbər lenti