Logo

Bu universitetin 100-ə yaxın tələbəsi koronavirusa yoluxub

23.11.2021 12:27 340 baxış
IMG

"Sentyabrın 29-dan ənənəvi tədris bərpa olunandan bu günə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100-ə yaxın tələbəsi koronavirusa yoluxub. Lakin aralarında ağırlaşma və ölüm halları qeydə alınmayıb".

Tehsil.biz xəbər verir ki, bunu ali məktəbin mətbuat katibi Cavid Hüseynov deyib.

Onun sözlərinə görə, indiyə qədər 39 qrup distant təhsilə keçib: "Bir hissəsi artıq karantindən geri qayıdıb. Son 2 gündə daha 6 qrup ənənəvi tədrisə geri qayıdıb".

Xəbər lenti