Logo

X sinfə qəbul prosesi bu tarixdə yekunlaşacaq

22.11.2021 14:50 601 baxış
IMG

Peşə və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunda iştirak edib, ancaq qəbul oluna bilməyən şagirdlərin X sinfə qəbulu 30 noyabr 2021-ci il saat 18:00-da yekunlaşacaq. 

Tehsil.biz xəbər verir ki, qəbul prosesi  şagirdlərin elektron yerdəyişməsi portalı (sy.edu.az) üzərindən elektron qaydada aparılır və prosesə 10 noyabr 2021-ci il tarixindən start verilib.

Məsələ ilə bağlı əlavə məlumat almaq və texniki dəstək üçün valideynlər (qanuni nümayəndə) yerli təhsili idarəetmə orqanlarına müraciət edə bilərlər.

Xəbər lenti