Logo

Məktəbdə “Narkomaniyasız gələcək!” mövzusunda şagirdlərlə görüş keçirilib

22.11.2021 14:06 472 baxış
IMG

Yardımlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayondakı 4 nömrəli tam orta məktəbdə “Narkomaniyasız gələcək!” mövzusunda şagirdlərlə görüş keçirilib. 

Çıxış edən Yardımlı RPŞ-nin rəisi, polis polkovniki Arif Babayev çıxış edərək əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə bu cür görüşlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. 

Şöbə rəisi sağlam cəmiyyətin formalaşması istiqamətində ən ciddi təhlükələrdən olan narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verib və istər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya əleyhinə aparılan maarifləndirmə tədbirlərin bu gün aktual xarakter daşıdığını, hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu diqqətə çatdırıb. 

Sonra çıxış edən Rayon Təhsil Şöbəsinin müdir müavini Pənah Tağıyev, Mərkəzi Rayon Xəstəxanasının həkimi Aqil Hüseynov və digərləri narkomaniya bəlasının ağır nəticələri barədə ətraflı məlumatlar verib, yeniyetmə və gənclərlə təşkil edilən bu cür görüşlərin xüsusi əhəmiyyət kəsb etdiyini bildiriblər.

Xəbər lenti