Logo

BDU-da "Yeni ağ səhifə" adlı tədbir keçirilib

22.11.2021 11:34 316 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə “BDU könüllüləri”nin təşkilatçılığı ilə "Yeni ağ səhifə" adlı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə "BDU könüllüləri"nin sədri Nərmin Heydərova, "BDU könüllüləri"nin Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə sədri Leyla İmaməliyeva və “Ahəng” Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin rəhbəri, ailə-uşaq psixoloqu, təlimçi Vüsalə Əmiraslanova iştirak edib.

Narkomaniya və narkotik vasitələrin sağlamlığa, psixoloji vəziyyətə təsirləri, ölkəmiz üzrə istifadəçi sayının statistikaları, dünya üzrə yayılması, Azərbaycanda buna qarşı aparılan tədbirlər, həkimlərin məsləhətləri haqqında məlumatlar verilib və  müzakirələr aparılıb.

Görüşdə narkotik vasitələrin həyatımıza, psixologiyamıza, ətraf mühitimizə təsirləri, bu maddələrin tərkibləri, tibbi məlumatları və s. kimi vacib məsələlərə toxunulub. Həmçinin vətəndaşlar arasında sorğu keçirərək, onların fikirləri və yanaşmaları öyrənilib.

Tədbirdə psixoloq Vüsalə Əmiraslanova mövzu ilə bağlı öz təcrübələrini, şəxsi görüşlərini, narkotikin gənclərə, yaşatdığı problem, həyatları necə dəyişdiyi haqqında məlumatlar, fikirlərini bölüşüb.

Tədbir iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.

Xəbər lenti