Logo

BDU-nun Filologiya fakültəsində “İlk beş dəqiqədə özünü təqdim etmə” mövzusunda təlim keçirilib

22.11.2021 11:21 601 baxış
IMG

BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Filologiya fakültəsində “İlk beş dəqiqədə özünü təqdim etmə” mövzusunda təlim keçirilib.

Tehsil.biz xəbər verir ki, təlimdə Etika Akademiyasının təsisçisi Günel İbrahim tələbələrə düzgün özünü təqdim etmə formasından, rəng çalarlarının şüuraltı mənası və onun insanlarda yaratdığı emosiyalardan, nitq etiketlərindən düzgün istifadə qaydasından və digər mühüm məsələlərdən bəhs edib. Həmçinin bu gün iş həyatında rastlaşdığımız müsahibələrdən uğurla keçməyin yolları, xüsusilə müsahibə zamanı psixoloji vəziyyətə nəzarət olunmasından, sualların düzgün cavablandırılmasından, jest və mimikalardan düzgün yararlanma üsullarından, yüksək mədəni nitqə malik olmanın üstünlüklərindən də söz açılıb.

Təlim tələbələrin böyük marağına səbəb olub.

Xəbər lenti