Logo

Bakı məktəblisi dünya çempionu olub - FOTO

22.11.2021 11:11 635 baxış
IMG

Paytaxt məktəblisi Serbiyada keçirilən dünya çempionatında karate idman növü üzrə I yerə layiq görülüb.

Tehsil.biz xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 82 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Kamran Kazımov bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.

K.Kazımov bu qələbəsinə görə diplom, medal və kuboka layiq görülüb.

Qeyd edək ki, bu, Bakı məktəblisinin ilk uğuru deyil. O, 2018-ci ildə Türkiyədə keçirilən dünya çempionatında I, Makedoniyada keçirilən Avropa çempionatında isə II yeri tutub.

Xəbər lenti