Logo

ADAU-da əczaçılığın inkişafına dair konfrans təşkil olunub

22.11.2021 11:05 286 baxış
IMG

20 noyabr tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) dəstəyi “Əczaçılar Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə əczaçılığın inkişafına dair konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, universitetin 2 sayılı Tələbə evində təşkil olunan konfransda ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Baytarlıq təbabəti fakültəsinin dekanı, professor Famil Nəsibov, Əczaçılıq kafedrasının müdiri, dosent Mahrux Nağıyeva, “Əczaçılar Klubu” İB-nin nümayəndələri, “Servier” şirkətinin Azərbaycan üzrə Tibbi Nümayəndəsi Nurlana Orucova və universitetin professor-müəllim heyəti iştirak ediblər.

Sonda konfransda iştirak edən tələbələrə sertifikatlar təqdim edilib.

Xəbər lenti