Logo

BDU-nun Jurnalistika fakültəsinin dekanı Beynəlxalq Türk Akademiyasının tədbirində çıxış edib

22.11.2021 10:28 300 baxış
IMG

Noyabrın 19-da Qazaxıstan Respublikasının müstəqilliyinin 30-cu ildönümü və 1 dekabr - Birinci Prezident günü bayramları çərçivəsində  dövlət və elm xadimlərinin iştirakı ilə "Elbaşı" - Türk inteqrasiyasının memarı" adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, Beynəlxalq Türk Akademiyası və Qazaxıstan Respublikasının İnformasiya və Sosial İnkişaf Nazirliyi ilə birlikdə təşkil edilən onlayn konfransda Türk Akademiyasının başqanı Darkan Kydyrali, informasiya ve sosial inkişaf nazirinin müavini Askar Omarov, Hoca Ahmet Yesevi Qazax-Türk Universitetinin rektoru Janar Temirbekova, Nursultan Nazarbayev Vəqfi baş direktorunun müavini Alkey Margulanulı, Bozox Universiteti İdarəetmə ve iqtisadi elmlər fakültəsinin dekanı Kürşad Zorlu, Qazaxıstan, Azərbaycan, Türkiyə, Tatarıstan (Rusiya), Başqırdıstan (Rusiya), Qırğızıstan, Özbəkistan ve Monqolustandan tanınmış elm xadimləri çıxış ediblər.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev konfransın plenar iclasında "Vahid Türk İnformasiya Məkanının formalaşdırılması və mövcud təhdidlər" mövzusunda təqdimatla çıxış edib.

Çıxışda Türk cümhuriyyətləri üçün vahid informasiya məkanının formalaşmasının vacibliyi vurğulanıb. Bununla bağlı hansı addımların atılmasının vacib oldiğu ilə bağlı təkliflər irəli sürülüb.

Qeyd edilib ki, vahid informasiya məkanının yaradılması kənar müdaxilələrin və yanlış informasiyaların qarşısının alınmasında ciddi və əhəmiyyətli rol oynayacaq.

Xəbər lenti