Logo

SDU-da təhsil alan əcnəbi tələbələr Zəfərə həsr olunmuş “Yaşıl Marafon” ağacəkmə aksiyasında iştirak ediblər

21.11.2021 13:03 352 baxış
IMG

Noyabrın 20-də Təhsil Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xocəsən qəsəbəsində Zəfərə həsr olunan “Yaşıl Marafon” ağacəkmə kampaniyası keçirildi.

Təhsil naziri Emin Əmrullayevin də iştirak etdiyi ağacəkmə kampaniyasında, müvafiq qurumların rəhbər şəxsləri və aidiyyəti struktur bölmə rəhbərləri, ölkəmizdə təhsil alan əcnəbi tələbələr, ali təhsil müəssisələrinin nümayəndələri, “2007-2015 Dövlət Proqramı” məzunları iştirak edirdilər. Həmçinin Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) nümayəndələri də sözügedən marafona qoşulmuşdur.

Ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması, eyni zamanda əcnəbi tələbələrin şəbəkələşməsi və ictimai aktivliyinin artırılması, əcnəbilərin Azərbaycanda təhsilinin təşviqi məqsədilə ağacəkmə aksiyasında ölkəmizdə fəaliyyət göstərən müxtəlif ali təhsil müəssisələrindən 100-dən çox əcnəbi tələbə iştirak edirdi.

Aksiyada Sumqayıt Dövlət Universitetindən nümayəndəsi Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin əməkdaşı Natavan Quliyeva və bir qrup əcnəbi tələbələr Türkiyə vətəndaşı Fatih Ülger (psixologiya, IV kurs), Gürcüstan vətəndaşları Avılov Orkhan (elektroenergetika mühəndisliyi, IV kurs), Baıramova Elana (Riyaziyyat müəllimliyi, III kurs), Baıramov Eltun (Prosesslərin avtomatlaşdırılması mühəndisliyi, I kurs) iştirak etdilər.

Sonda iştirakçılar xoş təəssüratlarını bildirdi və xatirə şəkli çəkdirdilər.

Xəbər lenti