Şəmkir şəhər Fərman Salmanov adına tam orta məktəbdə “Narkomaniya və onun fəsadları”, “Radikal- dini təriqətlərin yeniyetmə və gənclər arasında yayılmasının qarşısının alınması” və “Erkən nigahın fəsadları” və yetkinlik yaşına çatmayanlarda müşahidə olunan digər zərərli vərdişlər mövzusunda şagirdlər üçün maarifləndirici tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə Şəmkir Rayon Polis Şöbəsinin rəisi cənab Elnur Həsənov, narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Əli Həsənov, kriminalist Sərxan Məmmədov, yetkinlik yaşına çatmayanların işləri üzrə inspektorları Rəsul Rəsulov və Xəyal Qurbanov, Şəmkir RTŞ-nin müdir müavini Hafiz Pənahov, psixoloq Almaz İbrahimova, məktəb rəhbərliyi, müəllimlər və yuxarı sinif şagirdləri iştirak etmişlər.
Tədbirdə şagirdlərə müvafiq mövzularda məlumatlar və tövsiyyələr verilmiş, film nümayiş etdirilmişdir.